23 milyona qədər insan zərər görə bilər - ÜST

Ümumdünya Səhiyyə Təşkilatından verilən açıqlamada Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan böyük zəlzələdən 23 milyona qədər insanın zərər çəkə biləcəyi xəbərdarlığı edilib və uzunmüddətli yardım vəd edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ÜST-nin fövqəladə hallar üzrə yüksək rütbəli zabiti Adelheid Marşanq açıqlamasında "Hadisənin ümumi xəritələr təxminən 5 milyon həssas əhali də daxil olmaqla, potensial olaraq 23 milyon insanın məruz qaldığını göstərir" deyib.

O bildirib ki, mülki infrastruktur və potensial səhiyyə infrastrukturu təsirə məruz qalan bölgədə, xüsusən Türkiyə və Suriyanın şimal-qərbində zərər çəkib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə