Qrip səbəbi ilə xəsətxanaya gedən gəncin ayaqları kəsildi

İngiltərədəki Villinqton İdman Klubunun həvəskar futbolçusu, 21 yaşlı Levi Devey, ötən ilin noyabrın 7-də qrip əlamətləri və nəfəs darlığı şikayətləri ilə Royal Derbi Xəstəxanasına müraciət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, həkimlər Deveyə pnevmoniya və qrip diaqnozu qoyublar. Vəziyyəti pisləşdikdən sonra 31 gün süni nəfəs aparatına qoşulan Deveyin orqanları fəaliyyətini dayandırıb.

Yanvarın 9-da Deveyə sepsis (qan zəhərlənməsi) və çoxlu orqan çatışmazlığı diaqnozu qoyulub və hər iki ayağının diz səviyyəsində amputasiyasına qərar verilib. Çətin əməliyyatdan sonra 21 yaşlı futbolçunun ayaqları amputasiya edilib.

Əməliyyatdan sonra yenidən yeriyə bilmək istəyən Levinin ailəsi protez düzəltmək üçün onlayn ianə kampaniyasına başlayıb. Dünəndən etibarən Deveyə təxminən 80.000 funt sterlinq ianə edilib. Devenin anası Lara, "Biz əvvəlcə təxminən 10,000 funt sterlinq toplamaq ümidində idik, lakin bu kampaniyadan çox böyük reaksiya aldıq. Ailələr, tələbələr, icmalar, hətta tanımadığımız insanlar belə çoxlu dəstək verdilər.

Toplanan pul Levinin əlil arabasına və ehtiyacı olan ləvazimatlara xərclənəcək. İlk növbədə o, yenidən yeriməyi öyrənəcək. Biz ona lazım olan ən yaxşı protezləri tapacağıq”, - deyə bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə