Hindistanın iki təyyarəsi qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Su-30” və “Mirage 2000” qırıcıları təlim uçuşları zamanı qəzaya uğrayıb.

Hər iki qırıcı Qvaliordakı hərbi hava bazasından havaya qalxıb. Hadisə nəticəsində pilotlardan biri həlak olub, ikisi yaralanıb.

Qırıcıların səmada toqquşmaları və ya başqa səbəbdən qəzaya uğramaları müəyyənləşdirilir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə