İsveç Quranın yandırılmasını müdafiə edib

İsveç qalmaqallarına hər gün bir yenisi əlavə olunur. İsveç odla oynamağa davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsveç Demokratlar və Ədalət Komitəsinin sədri Richard Jomshof qalmaqallı açıqlamalar verərkən, Türkiyə ilə əlaqələri qırılma nöqtəsinə gətirən İsveç hökuməti ifadə azadlığı ilə bağlı fikirlər irəli sürüb.

Rasmus Paludanın Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quran yandırmasına Türkiyənin reaksiyasını əsassız hesab edən ikili Türkiyənin qəzəbinə yüz Quran daha yandırmaqla cavab verilməli olduğunu iddia edib.

Jomshof, "Siz lənətləyə və təhqir edə bilərsiniz, bu, fikir azadlığının bir hissəsidir" deyib.

İfadə azadlığının İsveçin NATO üzvlüyündən daha önəmli olduğunu bildirən Jomshof, İsveç bayrağının yandırılmasının cinayət olması lazım olduğunu müdafiə edib.

Qurani-Kərimin yandırılmasının ifadə azadlığı olduğunu iddia edərkən, o, “Ölkənin İsveç bayrağı ətrafında birləşməsi yaxşı olardı, çünki o, hamımızı birləşdirir və hər şeyin üzərində dayanmalıdır” kimi ikiüzlü sözləri dəstəkləyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə