Zelenskinin video müraciəti İtaliyanı ikiyə böldü

İtaliyanın Sanremo şəhərində bu il 73-cü dəfə təşkil olunacaq qədim musiqi festivalı başlamazdan əvvəl müzakirələrlə ölkənin gündəmində olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski bu yaxınlarda müsahibə verdiyi Rai kanalının aparıcısı Bruno Vespa vasitəsilə Sanremo festivalında çıxış etmək istədiyini təşkilata bildirib və festival rəsmiləri bunu qəbul ediblər. Bundan sonra Zelenskinin festivalın son günündə videomüraciət göndərməsi ictimaiyyəti iki yerə bölüb.

İqtidar və müxalifətdə olan bir çox partiya liderlərindən Zelenskinin festivalda iştirakının zəruri olmadığı barədə fikirlər gəlib.

Zelenskinin festivala mesaj göndərmək istəyini çatdıran Bruno Vespa, Ukrayna liderinin daha əvvəl də bu şəkildə başqa festivallara qatıldığını xatırladaraq, "Zelenskinin qısa nitqindən yaranan səs-küyü başa düşə bilmirəm, bu, mənasız müzakirədir” deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə