Papanı vəzifəsindən uzaqlaşdırmaq planlaşdırılır

Vatikanda iddiaya görə mühafizəkar katoliklərin ruhani lideri olan Papa Françeskonu "mötədil fikirlərinə" görə vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırlar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Françeskonun liberal fikirləri ənənəçilərdə şübhə doğursa da, onu istefaya məcbur etmək planları sələfi Papa XVI Benediktin ölümündən sonra gündəmə gəlib.

İtaliyanın “La Stampa” qəzetinə danışan kardinal bildirib ki, mühafizəkar qrup “solçu” Roma Papası Françeskoya qarşı tədbir görməyə hazırdır. O, "Gizli plan müxtəlif istiqamətlər və mərhələlər üzrə tərtib ediləcək, hansı ki tək bir məqsədi olacaq. O da Papa Françeskoya elə bir təzyiq göstərərək istefa verməsinə səbəb olmaq",- deyə bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə