Daşqın nəticəsində itkin düşənlərin sayı 28-ə çatıb

Filippinin Misayas və Mindanao bölgələri başda olmaqla, ölkənin müxtəlif bölgələrində ötən həftə sonu təsirli olan şiddətli yağışların balansı getdikcə ağırlaşır.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasının verdiyi açıqlamada, yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayının 44-ə, itkin düşənlərin sayının isə 28-ə yüksəldiyi bildirilib. Kəndlər, qəsəbələr və yollar su altında qaldığı, 50 mindən çox insanın evlərini tərk etdiyi və yağışların fasilələrlə davam etdiyi bildirilib.
Daşqının infrastruktura və kənd təsərrüfatı sahələrinə vurduğu ziyan 1,36 milyard peso (24,4 milyon dollar) həcmində qiymətləndirilir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə