Pakistanın Bəlucistan əyalətində polis maşınına intiharçı hücumu nəticəsində bir polis və bir uşaq həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 20-si polis olmaqla 24 nəfər yaralanıb. Kuetta şəhərinin Baleli rayonunda polisi daşıyan avtomobilə qarşı intiharçı hücumu həyata keçirilib. Hücumda biri polis, digəri uşaq olmaqla 2 nəfər həyatını itirib. Ötən gün Bəlucistanın Hoşab bölgəsində baş verən qarşıdurmada təhlükəsizlik qüvvələri 10 silahlını zərərsizləşdirib. Pakistan Talibanı mayın 10-da İslamabad administrasiyası ilə başlatdığı atəşkəsin sona çatdığını və silahlılarına ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum etməyi əmr etdiyini açıqlayıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə