Aston Martin Valor Rusiyada sifariş verilə bilər

Bu avtomobil Rusiyada 327 milyon rubla satışa çıxarılıb

...Aston Martin-in 110 illik yubileyini qeyd etmək üçün Valor 110 ədəd məhdud sayda buraxılıb.

SİA-nın məlumatına görə, bu avtomobil artıq Rusiyada sifariş üçün mövcuddur.

Rusiya dilerlərindən biri eksklüziv superkar Aston Martin Valour üçün sifarişlərin qəbuluna başlayıb.

Moskva şirkəti SGM Auto Group cəmi 110 ədəd tirajla istehsal olunan bu nadir modeli gətirməyi təklif edir. Avtomobilin qiyməti, saytlardan birindəki elana görə, 327 milyon rubl təşkil edir.

Rusiyada mövcud olan Aston Martin Valour 715 at gücü hasil edən 5,2 litrlik benzin mühərriki ilə təchiz edilib.

Bu idman avtomobili arxa ötürücülü və mexaniki transmissiyaya malikdir. 2023-cü ildə təqdim edilən Valor kupesi retrodan ilhamlanmış dizayna malikdir və Aston Martin-in 110 illik yubileyini qeyd edir.

Valour-un dizaynı klassik 1972-ci il V8 Vantage-dən, interyer də retrodan ilhamlanıb, 1956-cı il DBR1 yarış avtomobilini xatırladan elementlər, məsələn, taxta sürət dəyişdirmə qolu… Salonda həmçinin müasir karbon lif əlavələri var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə