"Google" ödənişli axtarış təqdim edəcək

“Google” bəzi axtarış funksiyalarını ödənişli etmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” xəbər verir. Söhbət “Google” One abunəliyinin bir hissəsi kimi hər ay ödənilməli olan süni intellektdən istifadə edən axtarış funksiyalarından gedir.

Nəzərinizə çatdıraq ki, şirkət 2023-cü ilin may ayından demək olar ki, bir ilə yaxındır ki, lazımi məlumatları təmin etmək üçün süni intellektdən geniş istifadə edən Search Generative Experience mühərrikində axtarışı sınaqdan keçirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə