"Barselona" və "Real Madrid" komandaları arasındakı "El-Klasiko"ların birində "Kamp Nou"da terror aktı planlaşdırılıbmış. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər əsasən, dron vasitəsi ilə partlayıcı maddədən istifadə etmək istəyən Məhəmməd Yasin Amrani saxlanılıb və o, üç il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorlar əvvəlcə Amraninin terror təşkilatı ilə əlaqəsinə görə 9 il həbs olunmasını istəyib. O, 2020-ci ildən etibarən radikallaşmağa başlayıb. Prokurorlar planlaşdırılan hücumlar barədə onun onlayn fəaliyyətindən xəbərdar olub.

"Barselona" ev oyunlarını məhz "Kamp Nou"da keçirir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə