Məşhur voleybolçu fırıldaqçının tələsinə düşdü

Keçmiş İtaliya milli voleybolçusu Roberto Kazzaniqa, internet vasitəsilə uzun məsafəli münasibətdə olduğu Maya adlı şəxslə nişanlanıb. Mayanın braziliyalı supermodel Alessandra Ambrosionun fotolarından istifadə edərək məşhur voleybolçudan ümumilikdə 600 min avro alaraq aldatdığı üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Roberto, İtaliya televiziyasının “Le Iene” proqramındakı çıxışında öz hekayəsi ilə ictimaiyyətə çıxıb. O, fırıldaqçı tərəfindən tələyə düşdüyünü və minlərlə avro borcu olduğunu etiraf edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə