Türkiyənin “Kayserispor” klubunun qapıçısı Doğan Alemdar karyerasını Fransada davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə,18 yaşlı qapıçı “Renn” klubu ilə razılaşıb.
Liqa 1 klubu Alemdar üçün “Kayserispor”a 3,5 milyon avro ödəyəcək. Türk futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Doğan Alemdar Türkiyənin U-21 yığmasının da üzvüdür. O, Fransada tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB