Fransız klubu Türkiyəli ulduzu transfer edib

19 Avqust 2021 11:46 (UTC+04:00)

Türkiyənin “Kayserispor” klubunun qapıçısı Doğan Alemdar karyerasını Fransada davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə,18 yaşlı qapıçı “Renn” klubu ilə razılaşıb.

Liqa 1 klubu Alemdar üçün “Kayserispor”a 3,5 milyon avro ödəyəcək. Türk futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Doğan Alemdar Türkiyənin U-21 yığmasının da üzvüdür. O, Fransada tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Ziya Hikmətoğlu