İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, A Seriyası təmsilçisi “Parma”nın müdafiəçisi Cüzeppe Petsellanı heyətinə qatıb. 23 yaşlı sol cinah müdafiəçisi 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. Petsella 2019-cu ilin avqustundan “Parma”da çıxış edirdi. İtaliyanın gənclərdən ibarət yığmasında da oynamış futbolçu, əvvəllər “Palermo”, “Udineze” və “Cenoa”nın da formasını geyinib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB