"Keşlə" "Səbail"ə yoxlama oyununda qalib gəlib

Azərbaycan Premyer Liqa təmsilçiləri "Keşlə" və "Səbail" bu gün yoxlama oyununda üz-üzə gəliblər.

SİA xəbər verir ki, Qəbələdə keçirilən görüşdə Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Keşlə" bundan əvvəl yoxlama matçında "Qarabağ"a uduzub (1:3), "Zirə"yə qalib gəlib (1:0). "Səbail" isə "Qəbələ"ni məğlub edib (2:1).

3 avqust

19:00. "Səbail" - "Keşlə" - 0:2

Qollar: Şəhriyar Əliyev, 45, Vüsal İsgəndərli, 62-pen

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...