Tuyqun Nadirov: "Kamran Ağayev psixoloji cəhətdən heç də yaxşı vəziyyətdə deyil"-AÇIQLAMA

Tuyqun Nadirov: "Kamran Ağayev psixoloji cəhətdən heç də yaxşı vəziyyətdə deyil"-AÇIQLAMA
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov komandanın əsas qapıçısı və kapitanı Kamran Ağayevin cəzalandırılması ilə bağlı fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, azerisport.az-a açıqlamasında o, bunları dilə gətirib: "Kamran "Xəzər Lənkəran"ı Azərbaycan yığmasında təmsil edir və edəcək. Klubun uğurlarında onun da xidmətləri var. Sadəcə, hazırda o, psixoloji cəhətdən heç də yaxşı vəziyyətdə deyil. Buna görə də kapitan sarğısının ondan alınmasına qərar verildi. Onu heç kim əvəzedici komandaya göndərməyib. Elə bu gün (dünən) əsas heyətlə məşqə çıxıb. Heç kim onu transferə çıxarmağa da hazırlaşmır. Kamran Ağayev "Xəzər Lənkəran"ın oyunçusudu və müqaviləsinin sonuna kimi də komandada qalacaq".

Qeyd edək ki, Ağayevin "Xəzər Lənkəran"la müqaviləsinin müddəti 2012-ci ilin yayında başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com