Əfsanəvi qapıçı oğlunu itirdi

"Roma"nın keçmiş qapıçısı Julio Serxio Bertagnoli beyin şişi ilə uzun sürən mübarizədən sonra 15 yaşlı oğlu Enzonu itirməsi ilə məyus olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Enzoya 2020-ci ildə 10 yaşında medulloblastoma adlı aqressiv beyin şişi diaqnozu qoyulub. Son beş il ərzində o, əməliyyatlar, müalicələr və kimyaterapiya dövrləri vasitəsilə bu xəstəliklə mübarizə aparıb. O, vaxtaşırı yaxşılaşma əlamətləri göstərsə də, son aylarda xəstəlik yenidən alovlanıb.

Bu yaxınlarda Julio Serxio sosial mediada oğlunun indi dərmanlarla yatırıldığını və artıq ağrı hiss etmədiyini açıqlayıb və vəziyyətin "dönməz" olduğunu təəssüflə paylaşıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə