2025/2026 mövsümü üçün Azərbaycan II Liqasına vəsiqə qazanmaq uğrunda pley-off matçının vaxtı müəyyənləşib. SİA Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə cari mövsüm II Liqada 13-cü yeri tutmuş “Lerik” ilə Region Liqasının ikincisi “Şirvan” üz-üzə gələck.
Qarşılaşma mayın 29-da, saat 16:00-da "ASCO Arena"da start götürəcək.
Bununla əlaqədar mayın 27-də, saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə