"Fitnessə hər kəs bir fikirdə yanaşır. İnsan var ki, vaxt keçirtmək, əylənmək, şəkil çəkdirmək, özünü ətrafa göstərmək üçün zala gəlir, lakin bəziləri öz sağlamlığını, yayını, qışını düşünərək gəlir. Yəni fikirləşirlər ki qarşıdan yay gəlir, indidən məşq edim, gəzməyə, istirahətə gedəndə bədən formam yaxşı olsun. Bu istər qadın, istərsə də kişiyə şamil olunur. Məsələn, hərə sağlamlığı üçün indi yaxud gələcəkdə bir planda baxır, yəni düşünür ki, mən sağlam həyat tərzi keçirmək istəyirəm, əyilib qalxanda əziyyət çəkir yaxud artıq çəkisi var, qaraciyərində piylənmə gedir, ürəyində problem var, nəfəs almaqda çətinlik çəkir və s. kimi belə problem olduğuna görə idmana gəlirlər ki, sağlamlığım yerində olsun". Bu sözləri SİA-ya açıqlamasında fitness və sağlamlıq mütəxəssisi Kamil Zeynallı deyib.
Onun sözlərinə görə, bəzi insanlar isə trendə qoşulmaq üçün idman edirlər. "Bilinsin ki mən idman zalına gedirəm. Digərləri qeyd etdiyim kimi öz sağlamlıqlarını, bədən formalarını düşünərək zala gəlirlər. Sağlam düşüncəli insanlar idmana gələndə ilk növbədə öz sağlamlıqlarını düşünüb zalda məşq edirlər ki, mən özümü rahat hiss edim, artıq çəkidən xilas olum. Artıq çəkidə olmayıb normal çəkidə olsa belə fikirləşirlər ki, mən sağlam həyat tərzində yaşayım, normal qidalanım və idmanıma gedim".
Həmçinin mütəxəssis vurğulayıb ki, fitnessin sağlamlığa hər cür xeyri var və hər bir dərdin dərmanıdır. İnsan sağlam qidalanıb və sağlam həyat tərzi sürdükdən sonra niyə problemi çıxsın? İdmanın bütün xəstəliklərə xeyiri var, amma gərək düzgün qaydada peşəkar biri ilə məşq edib qidalanasan. Bunlar olandan sonra sən hər bir xəstəlikdən və bədən problemindən uzaq olursan".
Bütün xəbərlər Facebook səhifəmizdə