“Real Madrid”in gənc ulduzu Arda Gülər karyerasında bir ilk yaşayıb. SİA xəbər verir ki, türkiyəli futbolçu UEFA Çempionlar Liqası çərçivəsində “Liverpul” ilə keçiriləcək matçda start heyətdə meydana çıxıb.
19 yaşlı oyunçu karyerasında ilk dəfə Avropanın birinci dərəcəli klub turnirində əsas “11-lik”də yer alıb. Qeyd edək ki, “Liverpul” doğma meydanda “Real”ı 2:0 hesabı ilə məğlub edib. Xatırladaq ki, Gülər ötən ilin iyulun 7-dən İspaniya nəhənginin formasını geyinir.
Bütün xəbərlər Facebook səhifəmizdə