"Əgər İsveç öz heyətində dəyişiklik etsə..." - Futbol mütəxəssisi AÇIQLADI

"Hər iki milli komandanın bu qrupdan çıxmaq şansı demək olar ki, qalmayıb". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bu gün axşam baş tutacaq Azərbaycan-İsveç oyununu şərh edərkən deyib.

Onun sözlərinə görə, sonuncu oyunda İsveç millisi heyətində dəyişiklik edə bilər: "Ola bilər ki, İsveç gənc futbolçuları meydana çıxarsın. Bu zaman bizim işimiz daha asan olar. Belə olduğu halda hətta xallar da qazana bilərik".

"Digər tərəfdən Avstriya və ya Belçika ilə oyunlarda milli futbolçularımızın əzmkarlığı, qol imkanları yaratmağa ümid yaradır ki, biz sonuncu oyunda İsveçə qarşı yaxşı mübarizə göstərə bilək. Əslində, bu oyunda bizim bir xal qazanmaq ehtimalımız çoxdur. Çünki oyunun heç-heçə yekunlaşması gözləniləndir. Düşünürəm ki, hər halda turniri yaxşı sonlandırmaq mümkündür",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə