"İlham Əliyevin idmana olan qayğısı dünyanın heç bir yerində yoxdur" - BAŞ MƏŞQÇİ BİLDİRDİ

"İlham Əliyev hələ Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olandan bəri idman sahəsinə böyük diqqət göstərir. Respublikada bu qədər olimpiya komplekslərinin açılması buna əyani sübutdur". Bu sözləri SİA-ya açıqlamasında "Səbail" futbol klubunun baş məşqçisi, futbol mütəxəssisi Şahin Diniyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ən ucqar bölgələrində belə yalnız futbol deyil, bütün idman növlərinin cəmləşdiyi olimpiya mərkəzləri fəaliyyət göstərir: "Bizim idmançılar bəlkə də dünyada ən böyük mükafatları alanların ilkləridir. Bu da onu göstərir ki, Azərbaycan Prezidentinin idmana və idmançılara olan qayğısı dünyanın hər hansı bir yerində idmana göstərilən qayğıdan daha yüksəkdir".

"Bugünkü gündə Sumqayıtda yeni stadionun açılışı oldu, bundan dərhal sonra yardım ayrılaraq Gəncə stadionunda rekonstruksiya işləri həyata keçirilib. Həm Sumqayıt, həm də Gəncə futbol şəhərləri olduğu üçün orada stadionların açılışı təqdirəlayiq bir addımdır. Bir sözlə, ölkə başçısı İlham Əliyevin idmana olan diqqəti yalnız bir il, beş il, on ili deyil, Prezident olmadan öncəni də əhatə edir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə