"Millimizin məğlubiyyətinin ən başlıca səbəbi..." - İDMAN MÜTƏXƏSSİSİNİN FİKRİ

"Dünənki oyunda millimizin məğlubiyyətinin ən başlıca səbəbi Avstriya komandasının güclü olmasıdır. Avstriya komandası ilk beşlik ölkələrin çempionatında oynayırlar". Bu sözləri futbol mütəxəssisi Şahin Diniyev Bakıda AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələn Azərbaycan-Avstriya oyununu SİA-ya şərh edərkən deyib.

Futbol mütəxəssisi sözlərinə davam edərək bildirib ki, Avstriya yığması həm səviyyə baxımından, həm də komanda kimi Azərbaycan millisindən hər bir cəhətdən daha güclüdürlər: "Əslində mən sual verərdim ki, biz nəyə görə onları udmalıyıq, hansı cəhətlərdə biz daha üstünük?! Düzünə qalsa, hansısa bir cəhətdən Avstriya millisindən üstün olduğumuzu düşünmürəm. Mənə elə gəlir ki, millimiz öz səviyyəsinə uyğun oyun nümayiş etdirdi. Dünənki oyunda bəlkə də müəyyən dəqiqələrdə Avstriya yığması ilə başabaş futbol oynamağı bacardılar. Amma yenə də qeyd edirəm ki, səviyyə məsələsində Avropa komandalarından çox geri qalırıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə