"Millimiz növbəti oyunlarda ən azından xal qazana bilər" - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Azərbaycan Belçika kimi top komanda olan milli ilə yaxşı oyun sərgilədi. Həm müdafiədə, həm də hücumda yığmamız savadlı oynamağa çalışdı. Komanda halında oyunun əvvəlindən sonuna kimi Belçika millisinə qarşı səviyyəli futbol göstərdilər. Təbii ki, qol vəziyyətlərimiz yarandı. Fərqlənə bilərdik, sadəcə keyfiyyət çatışmadı. Belçika isə kiçik bir səhvdən istifadə edərək onu qola çevirə bildi və qələbə qazandı. Minimal hesabla məğlub olduq". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi, "Səbail" Futbol Klubunun baş məşqçisi Şahin Diniyev deyib.

"Düşünürəm ki, buna qədər olan İsveç, Estoniya və Avstriya ilə oyunlara nisbətən Belçika qarşısında çox yaxşı oynadılar. Gələcəyə ümidlə baxmaq olar. Amma bu təsadüf olmamalıdır. Göstərilən yaxşı performansın davamı gəlməlidir.

Millimiz İordaniya ilə oyunda qələbə hesabını qoruyub saxlaya bildi. Növbəti oyunlarda individual və komanda səhvləri olmasa, İsveçə, Avstriyaya qarşı qələbə qazanmasaq belə xal qazana bilərik",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə