İtaliya klubunun futbolçusu Azərbaycan millisi ilə oyuna çağırılacaq

İtaliya "Salernitana"sının futbolçusu Flavius Danilyuk Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununda Avstriya yığmasında debüt edə bilər. SİA xəbər verir ki, baş məşqçi Ralf Ranqnik martdakı qarşılaşmalar üçün 22 yaşlı müdafiəçiyə dəvət göndərəcək. 65 yaşlı mütəxəssis heyətdəki itkilərə görə bu addımı atacaq.

Danilyuk bunadək ölkəsinin U-21 yığmasının kapitanı olub.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə