Oruc daxil olana görədir, xaric olana görə yox - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

"Hicamanın immun sisteminin güclənməsinə, bədəndən toksinli qanların xaric olmasına, metabolizmanın sürətlənməsinə faydaları var. Eyni zamanda, hicama olunduqdan sonra yüksək təzyiqin aşağı düşməsini, bədəndə artıq xolesterinin azalmasını müşahidə etmək olar. Hicama ilə müalicə müstəhəbdir". Bu sözləri hicama və hirudoterapiya mütəxəssisi Gülnarə Əliyeva deyib.
Onun sözlərinə görə, oruc tutan şəxslərə hicama etmək mümkündür: "Oruc tutan şəxsin hicama olunub-olunmaması xüsusunda alimlər ixtilaf ediblər: "Üç böyük məzhəb imamı (Əbu Hənifə, Malik, Şafi) hicaman ilə orucun pozulmadığını bildiriblər. Eyni zamanda, İbn Abbas və İkrimə "Oruc daxil olana görədir, xaric olana görə yox" deyib".

Mütəxəssis sözlərinə davam edərək qeyd edib ki, bəzi islam fəqihləri oruclu insanın hicama etdirməsinin birbaşa orucu batil etməsinə dair hökm veriblər: "Bəzi islam fəqihləri isə Peyğəmbər səlləlləhu aleyhi və alihi vəsəlləmin oruclu olduğu halda hicama etdirdiyini bildiriblər. Bu kimi fikir ayrılıqlarından dolayı oruclu şəxsin hicama etdirib-etdirməməsi özünün verəcəyi qərardan asılıdır. Təbii ki, ən doğrusunu Allah bilir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə