"Allahın yaratdığı bütün varlıqlara hörmət etmək İslam dinində tövsiyə olunan əməllərdəndir". Bu fikirləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov bildirib.
Din xadimi bildirib ki, Həzrət Peyğəmbər (ə) öz atını arpa bəhanəsi ilə ram edən, lakin arpa verməyən bir şəxsi tənqid edərək heyvanı aldatmamasını tövsiyə edir: "Dəstəmaz qaydalarında deyilir ki, əgər bir dəstəmaz alacaq qədər az suyunuz vardırsa və ixtiyarınızda olan heyvan susuzdursa siz suyu heyvana verib təyəmmüm ilə namaz qılın. Ölü heyvanı basdırmaq da bəyənilən əməllərdəndir. Lakin heyvana qəbir daşı qoymaq bir az fərqlidir.
İslamda belə bir qayda yoxdur. Bu bir az psixoloji haldır. Məlum olur ki, sevmək problemi olan birisi öz sevgisini verməyə insan tapmamış və heyvan ilə bu problemi həll etmək istəmişdir. Yeri gəlmişkən çağdaş dünya düzənində insanların məhvinə yönəlik müharibələr fonunda bu heyvan sevgisi acı gülüş doğurur. İnsan qətliamı ilə fəxr edən insanlığın heyvan sevgisi səmimi görünmür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB