Novruz bayramı İslam dinindəmizdə dəyərləndirilən bir bayramdır - MÜNASİBƏT BİLDİRİLDİ

“Novruz bayramı İslam dinində dəyərləndirilən bir bayramdır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, Novruz bayramı dini deyil, milli bayramımızdır: “Amma Novruz bayramında da dini çalarlar var. O çalarlar ki, dinimizə uyğundur, ziddiyət təşkil etmir. Bir neçə vacib məqamlar var ki, onları xüsusi qeyd etmək lazımdır. Paylaşma, yardımlaşma Novruzun ən gözəl amillərindən biridir. Bir-birlərini ziyarət etmək, xəstələrə baş çəkmək bu milli bayramımızın humanitar ənənələrindəndir. Ümumiyyətlə, insanların bir-birilərinə ziyarətə getməsi, paylaşmaq, yardım etmək dinin təşəbbüsüdür. Müxtəlif dini bayramlarımızda olduğu kimi Novruz bayramında da bu ənənələr davam etdirilir. Bəzi ailələrdə rəhmətə gedənlər varsa onlar üçün bu bayram xalq arasında da deyildiyi ki, qara bayram olaraq adlandırılır. Əslində bayramın qarası, ya qırmızısı, ya da ağı olmaz. Bayram elə bayramdır. Bir ailə yasdadırsa, həmin bayramları onlar qara bayram kimi qeyd edirlər. Yasda olan ailəni qohumlar ziyarət edirlər, ailə ilə birgə ailə qəbr üstə gedib ölülərini ziyarət edirlər, pay aparırlar. Bu həqiqətəndə insanlıqdır, bir-birinə biganə qalmamaqdır, səmimiyyətdir. Yaxud da bayram vaxtı küsülüləri bir araya gətirib barışdırırlar. Küsülüləri barışdırmaq dinimizin bəyəndiyi amillərdəndir. Eyni ilə qəbr üstə ziyarət etmək, onların ruhunu şad etmək də dinimizə xas olan amillərdəndir.

Peyğəmbərimiz buyurur ki, təmizlik imanın yarısıdır. Təmizlik islamın dəyərlərindəndir. Bayram öncəsi təmizlik işləri aparılır,həyət-baca səhmana salının, müəyyən yerlər rənglənir. Bu islami dəyrlərdəndir ki, bayram zamanı həyata keçirilir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə