Hamilə xanımlar ürəyi istədiyi təamları ala bilmədikdə nə etməli? - DİETOLOQ AÇIQLADI

“Paytaxt bazarlarında alıcılara təqdim edilən bəzi meyvələrin qiyməti 80-500 AZN aralığında dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında həkim, dietoloq Sevinc Həsənzadə bildirib.

Onun sözlərinə görə, bazarlarda baha qiymətə satılan təkcə alça deyil, kiloqramı 70-80 manata satılan üzüm sortları da var: “Bəzi satıcıların sözlərinə görə, bu cür meyvələr xaricdən gətirilir. Buna görə də onların qiyməti bahadır. Normal olaraq bu qədər bahalıq olduğu təqdirdə insanlar və hətta hamilə xanımlarımız bu meyvələri canları çəkdikdə ala bilmirlər. Meyvə və tərəvəzlər orqanizm üçün ən faydalı vitamin mənbəyidir. Mövsümlə əlaqədar qiymətləri baha olsa da, hər kəs paytaxt bazarlarına üz tutaraq meyvə alır. Alıcılara təqdim edilən məhsullar arasında elələri var ki, onlar od qiymətinədir. Hər bir məhsulu öz təbii yetişmə vaxtında yemək daha təhlükəsiz və faydalıdır.

Yaz fəslində yaşadığımız üçün insanın ağlına ilk olaraq təravətli yay meyvələri gəlir. Hər birimiz qiyməti neçəyə olursa-olsun bu meyvələrdən vaxtından əvvəl alıb dadmaq istəyirik. Ancaq süni yolla yetişdirilən elə meyvə-tərəvəzlər var ki, onları yeməklə çox ciddi problemlərlə üzləşə bilərik. Hətta bəzən bu, ciddi zəhərlənmə ilə də müşahidə edilə bilir. Bəzi hallarda hamilə xanımlarımız, mövsümdən kənar meyvələri istəyərlərsə, ala bilmədikləri təqdirdə, bu zaman hamilələrin orqanizmlərində nə kimi proseslər baş verir? İstədiklərini yeyə bilmədiklərinə görə hansı mənfi proseslər olur? Hamiləliyin ilk günlərindən gələcək ananın orqanizmində uşağın tələbatına uyğun intensiv dəyişikliklər başlayır. Onlar təkcə zahiri olmur. Daxili orqanların funksiyaları da əhəmiyyətli dəyişikliklərə məruz qalır. Hormonal fonun dəyişməsi onun disbalansına gətirir. Gələcək ana öz sağlamlığı və uşağın vəziyyətinə görə həyəcan keçirir. Adətən o küsəyən, ağlağan və ümumiyyətlə, həddən artıq həssas olur. Bununla yanaşı, emosional vəziyyətin tez-tez dəyişməsi baş verir, məsələn, yüksək əhval-ruhiyə qəflətən apatiya və həyəcana keçir. Lakin bir hamilə xanımın yemək istədiyini tapmadıqda, onun orqanizmasında orqanik olaraq fizioloji heç bir dəyişiklik getmir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə