Təbii doğuş yoxsa keysəriyyə - SEÇİM NECƏ OLMALIDIR? - BİLMƏDİYİNİZ MƏQAMLAR AÇIQLANDI

"Dövlət tərəfindən verilən sitatistika da onu göstərir ki, hazırda xanımlarımız keyseriyyə kəsiyinə önəm verirlər. Təbii doğuşlarımızın sayı isə çox azdır". Bu sözləri SİA-ya açıqlamasında genekoloq Ləman Əliyeva bildirib.

Onun sözlərinə görə, amma əlbəttə ki, mən bir həkim olaraq təbii doğuşa üstünlük verirəm: "Səhiyyə Nazirliyinin “keyseriyyə kəsiyinə göstərişlər” adlı protokolu var. Hansı ki, orada olan göstərişlər əsasında biz də keysəriyyə kəsiyi əməliyyatını icra edirik. Elə göstərişlər var ki, o zaman xanımı təbii doğuşa aparmaq risklidir. Amma əgər o göstərişimiz yoxdursa, xanım öz təkidi ilə keysəriyyə kəsiyinə gedirsə artıq xəstələrə təbii doğuşun üstünlüklərini izah edirik. Keysəriyyə kəsiyi bir əməliyyatdır, hər halda qadın üçün bir stresdir və orada bir çapıq izi qalır. Hətta bu zaman gecikmiş fəsadlar belə ola bilər. Ona görə də təbii doğuşun üstünlükləri daha çoxdur.

Ümumiyyətlə isə doğuşa gedən yolda yəni, hamiləlik dövründə xanımlar qidalanmalarından tutmuş, idman hərəkətlərinə qədər həyatlarında bir çox şeyə diqqət etməlidirlər. Eyni zamanda aylıq müayinə və müalicələri də vaxtı-vaxtında həyata keçirilməlidir. Məsələn, bəzi hamilə xanımlar gözləyib, 3 ay tamam olduqdan sonra müayinəyə gəlirlər. Hətta belə bir hal ilə də rastlaşmışam ki, 3 ayın tamamında xanım gəlir və məlum olur ki, artıq bu inkişafdan qalmış hamiləlik dövrünü yaşayırmışlar. Təbii ki, bu düzgün bir yol deyil ki, qohum-qonşunun sözü ilə hamiləlikdə 3-cü ayı başa vurduqdan sonra müayinəyə gəlsinlər. Qətiyyən belə hallara yol vermək olmaz.

Xanımlar hamilə olduqlarını bilən kimi həkimə müraciət etməlidirlər. Bunun səbəbi isə hər hansı bir baş verə biləcək patalogiya varsa, biz onu müayinə zamanı aşkar edək və qarşısını almağa çalışaq".

Eyni zamanda abortların qadın psixologiyasına olan mənfi təsirlərini də öyrənmək üçün psixoloqa müraciət etdik.

"Aborta məcbur edilən qadınların ilk öncə özünün bu prosesə yanaşma tərzi mütləq bir cavabdehlikdir. Yəni yaşından, mənsub olduğu psixologiyadan asılı olaraq onlar bu prosesə fərdi reaksiya verirlər. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib".

Onun sözlərinə görə, əgər qadın özünü dərk edirsə, yetkin və bütün psixiportretini mənimsəyəcək yaşdadırsa onu heç kim aborta nə məcbur edə, bilməz nə də vadar edə bilməz: "Əgər bir insanın özünə inamı güvəni yoxdursa o, hər zaman kiminsə istəyini, tələbini icra edəcək. Bu cür fərdi xüsusiyyətlərin olması isə bizə abortla bağlı verilən suallara birmənalı cavab verməyə imkan vermir. Aborta səbəb kimi isə ya arzuolunmaz hamiləlik olması ya da 2-3-cü övladın da 1-ci ilə eyni cinsdən olması göstərilir. Lakin çox az insan bu cür hallarla qarşılaşdıqda mütəxəssisə müraciət edir. Çünki bu çox həssas bir mövzudur. Eyni zamanda bir çox hallarla dini aspektən yanaşaraq ailə daxilində qadınlar özləri bu problemi həll edə bilirlər. Psixoloqlar isə bu cür vəziyyətlərdə məsləhət vermir qarşı tərəfi reallıqla üzbəüz qoyurlar. Belə olan hallarda isə insan özü problemi həll etməyin yollarını tapır".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə