Bakının Səbail rayonuna yeni polis rəisi təyin edildi

Bakının Səbail rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

SİA-nın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov tutduğu vəzifədən azad edilərək Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təstiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə