Onlayn xidmətlə məşğul olanlar üçün yeni qaydalar - DİQQƏT! - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

"Çox təəsüflər olsun ki, pandemiya dövründə onlayn çatdırılma xidmətində xeyli qüsurlar var". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, onlayn çatdırılma xidmətləri bir yenilikdir: "Bu yeniliklərin də təbii ki, müəyyən qədər çətinlikləri olur. Mağazalar, ticarət obyektləri, kafelər və restoranların hamısı yol kənarında yerləşir. Həmin mağazaların, restoranların qarşısında həmin obyektin onlayn çatdırılma xidməti dayanır. Bunu nəticəsində səkilərin zəbt olunması, nəqliyyatda tıxacın yaranması, insanların yolda hərəkət edə bilməməsi və s. kimi hallar müşahidə olunur. Onlara elə gəlir ki, velosipedlər, motosikletlər nə istəsə edə bilərlər. Amma elə deyil. Yol hərəkəti qaydaları haqqında qanun var. Hər kəsin hüquq və vəzifələri eynidir. Sadəcə olaraq bəzi hallarda vəziyyətdən sui-istifadə edənlər olur. Düşünürəm ki, kuryer xidmətləri ilə yol polisi, Bakı Nəqliyyat Agentliyi arasında görüşlər keçirilməlidir. Onlara hüquq və vəzifələrini başa salmaq lazımdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə