Gəmilərin kapitanları mütləq gəmidə olmalıdır - XƏBƏRDARLIQ! - QURUM RƏSMİSİ AÇIQLADI

“Son günlərdə güclü külək nəticəsində Xəzərdə üzən gəmilərə xəbərdarlıq göndərilib”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QCN-nin mətbuat katibi Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, dünəndən etibarən hava şəraiti ilə əlaqədar gəmilər üzmürlər, lövbərdə, sığınacaqlarda dayanıblar: “Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməlidir. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunmalıdır. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar. Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olmalı və gəmilərin təhlükəsiz dayanmalarını təmin etməlidirlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə