İlk dəfə maşın alıb sürmək istəyənlər - BUNLARI BİLMƏNİZ VACİBDİR

Azərbyacanda hansı maşını alıb-almamaq həmişə böyük müzakirələrə səbəb olub. Gömrük xərclərimiz kifayət qədər əlverişli olmasa da Azərbaycanda hər cür nəqliyyat vasitəsi tapmaq mümkündür. Ölkədə əsasən Almaniya və Yaponiya istehsalı olan maşınlara inam olsa da qiymətlərinə görə daha ucuz olan Çin maşınları da çoxalmaqdadır.

Azərbaycanda avtomobillərin 80-85%-i şəxsi minik avtomobilləridir. Bu avtomobillər arasında ən çox üstünlük verilənlər isə Mercedes, BMW, Hundai, Toyota və Lada (Vaz) markalarıdır.

İndi isə bu markaların ən sərfəli növlərini araşdıraq:

Araşdırma şirkətlərin ölkəmizdə rəsmi distribütor və dilerlərinin qiymətlərini özündə əks etdirir.

Maşının modeli - başlanğıc qiymət (AZN) - mühərrikin gücü (at gücü)

Lada Granta Sedan 16 900 87

RAVON NEXIA 17 000 106

Ravon R4 17 200 106

Lada Vesta Sedan 20 200 106

Nissan Sunny 20 230 99

Kia Rio 23 900 100

Hundai Accent (Comfort) 25 000 123

Volkswagen Polo Sedan 25 000 110

Hundai Elantra 31 500 128

Toyota Corolla (Active) 32 700 124

Kia Cerato 39 500 128

Honda Civic (1.6L Elegance) 40 700 125

Mazda 3 (Sedan Core+ 1.5AT) 43 400 120

Opel INSIGNIA 1.5 Turbo 45 900 165

Mercedes A 180 53 643 122

Nissan Altima 55 930 190

Honda Accord (1.5 EXECUTİVE) 56 000 198

Audi A3 56 861 190

Toyota Camry ( Comfort) 58 000 181

Mazda 6 (High 2.5) 61 100 192

Avtomobil firmaları uzun müddətdir ki, kiçik motorla maksimum at gücü yığmaq üçün can atırlar. Göründüyü kimi son illər Azərbaycanda da daha kiçik həcmli motorlara maraq artıb. Artıq insanlar sürətdən daha çox sərfiyyatı düşünürlər. Belə ki, Bakı küçələrində nəqliyyat intensivliyini nəzərə alaraq böyük motorlara tələbat azalıb. Digər tərəfdən hibrid və elektro modellərə də maraq böyükdür.

İkinci əl avtomobil modellərinin qiymətləri insanların büdcəsinə müəyyən qədər uyğundur. Buna görə də, onlara daha çox tələbat var. İkinci əl avtomobili isə əsasən “Mersedes”lər olur.

“Mercedes”, “Toyota”, “Mitsubishi”, “Honda CR-V” modeli, “Nissan” kimi markalar isə qiymət münasibliyi ilə yanaşı dözümlülük və yanacağa qənaət kimi üstünlüklərinə görə bazarda daha çox alınıb satılanlar sırasındadır. Son illər ölkə bazarına daxil olan Çin avtomobilləri də paytaxtda hələlik geniş yayılır, xüsusilə də taksi xidməti göstərən şirkətlər bu avtomobillərə üstünlük verir. Amerika istehsallı avtomobillər arzuolunan olsa da, sürücülər tərəfindən az seçilir. Səbəb isə həmin markaların həm ehtiyyat hissələrinin tapılmaması, həm də bahalı olmasıdır. Məsələn, “Volvo” avtomobilləri son dövrlər ölkəmizə gətirilən dözümlü avtomobillər sırasındadır, amma ehtiyyat hissələri çox baha olduğundan hər kəs ala bilmir”.

Son illər ölkəmizdə kifayət qədər məşhur olan “Chevrolet Cruze” modeli də artıq öz zəif cəhətlərini göstərir. Belə ki, bu modellərin adı tez-tez motor yağı itkisi ilə hallanır. Digər tərəfdən isə uzaq yollarda kiçik həcmli “Cruze” motorlarının benzin sərfiyyatı çoxalır. Məsələn 3.6 litr v6 mühərrikli 2012 model “Chrysel 300S” modeli avtomagistralda 100km/8litr işlədirsə eyni ildə istehsal olunmuş 1.4 litr həcmli “Cruze” 11 hətta 12 litr də işlədə bilər. Deməli sizin gedəcəyiniz yolun növü də önəmlidir. Belə ki, həmin 3.6 litr v6 mühərrikli 2012 model “Chrysel 300S” şəhəriçi 11, 12 litr benzin sərf edirsə “Cruze” da bu göstərici 5,6 kimi dəyişir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə