Həcc ziyarətinə kimlər gedə biləcək? - DEPUTAT ŞƏRH ETDİ

"Həcc ziyarəti ilə bağlı zaman-zaman müxtəlif müzakirələr aparılır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiq olunması ilə bağlı addımların atılması nəticəsində bu gün də məlum oldu ki, Səudiyyə Ərəbistanda ümumiyyətlə xaricdən gələn zəvvarların Həcc mərasiminin yerinə yetirilməsinə icazə vermir: "Bunun da obyektiv və subyektiv səbəbləri var. Bu gün ölkəmizdə biz bunu təmin etmişik. O mənada ki, virusa yoluxma azdır. Amma bizim gözümüzün qarşısında bəzi nümunələr var. Bu gün Səudiyyə Ərəbistanı ona görə narahatdır ki, ora gələrək virusda artım olsun".

Deputat həmçinin qeyd edib ki, dünyanın hər yerində də demək olar ki, müsəlmanlar yaşayır: "Səudiyyə Ərəbistanına bir neçə milyon insan gəlir. Bu bir neçə milyon insan əlaqədə olur, mərasimi yerinə yetirir. Nəzərə alsaq ki, təvaf edərkən insanlar bunu sıxlıqda edirlər. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi anlaşılandır və məntiqidir. Bu təhlükədən sığortalanmaq üçün gələcəkdə insanların xəstələnməməsi üçün bu addımlar atılmalıdır. İndi ölkə daxilində bunu tənzimləmək asandır. Çünki bir çox ölkələr öz sərhədlərini bağlayıblar. Səudiyyə Ərəbistanında da insanların gəlib Həcci yerinə yetirməsi normaldır. İndiki vəziyyətdə bu düzgün qərardır. Ora gedən insanlar yoluxacaq və ölkələrinə qayıtdıqda öz vətəndaşlarına yoluxdura bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə