Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində müşavirə keçirilib. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müşavirə "2011-2016-cı illərdə aparılacaq elmi-tədqiqat işlərinin planlarının hazırlanması haqqında" AMEA prezidentinin sərəncamını və "2010-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların aparılması haqqında" AMEA Rəyasət Heyətinin qərarının vaxtında və yüksək səviyyədə icra olunmasını təmin etmək məqsədilə təşkil olunub. Tədbirdə AMEA Biologiya Elmləri Bölməsinə daxil olan elmi-tədqiqat institutlarının, eləcə də Səhiyyə, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin tabeçiliyində olan elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Müşavirəni AMEA Biologiya Elmləri Bölməsi akademik-katibinin müavini, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev açaraq, müşavirədə müzakirə olunacaq məsələlər barədə məlumat verib. AMEA Elmi-təşkilat şöbəsinin rəisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Əminağa Sadıqov bildirib ki, tabeçiliyindən asılı olmayaraq respublikamızın bütün elmi-tədqiqat və ali təhsil müəssisələri 2011-2016-cı illər üçün elmi-tədqiqat işlərinin mövzu planını və 2011-ci il üçün əhatəli planını müəyyən olunmuş formalarda hazırlayaraq noyabrın 10-dək müvafiq elmi bölmələrə təqdim etməlidirlər. Elmi-tədqiqat mövzularının icra müddəti əsasən üç ilədək, müstəsna hallarda isə beş ilədək ola bilər. Hər bir mövzunun aktuallığı, onun nəzəri və praktiki əhəmiyyəti əsaslandırılmalıdır. Plana daxil edilən mövzular təsdiq olunmuş prioritet və əsas elmi istiqamətlərə uyğun olmalı və konkret nəticələrin alınmasına yönəlməlidir.
Ə.Sadıqov hesabatlarla əlaqədar bildirib ki, elmi-tədqiqat və ali təhsil müəssisələrinin 2010-cu il üçün hesabatları müəyyən olunmuş qaydada hazırlanmalı, elmi şuraların iclaslarında dinlənilməli, cari ilin dekabrın 15-dək müvafiq elmi bölmələrə və Elmi-təşkilat şöbəsinə təqdim olunmalıdır.
Tədbirin davamında Ə.Sadıqov müşavirə iştirakçılarını maraqlandıran suallara cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB