Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan elmi müsabiqə keçirəcək

AMEA-nın Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə bu elm müəssisəsində çalışan gənc alim, doktorant və dissertantlar arasında "Ən yaxşı elmi məruzə" müsabiqəsi elan edib.

Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrini 01 may 2017-ci ilədəktəqdim edə bilərlər.

Qaliblər AKİ-nin müsabiqə üzrə ekspertlər şurası tərəfindən müəyyən olunacaq, müvafiq olaraq I, II, III yerləri tutanlara diplom və pul mükafatı veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...