“Azərbaycanın gənclər siyasəti”

İyunun13-üAzərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində İRƏLİ fəalı, gənc yazar Toğrul Əliyevin "Azərbaycanın gənclər siyasəti" adlı kitabının təqdimetmə mərasimi keçiriləcək. SİA-nın xəbərinə görə, kitabda Azərbaycan Respublikası Prezidentinin gənclər siyasəti ilə bağlı fikirləri, "Dövlət Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər gənclərlə bağlı məlumatlar əks olunub.


Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, millət vəkili Ceyhun Osmanlı və digər qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə