Şamaxı ziyalıları bəzi qəzetləri böhtana son qoymağa çağırdılar

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Şamaxıda stentlərin hazırlanması adı altında idarə və müəssisələrdən pul yığılması ilə bağlı həqiqətə uyğun olmayan iftira xarakterli məlumatlar verilir.


SİA-nın müxbiri Şamaxı ziyalıları ilə görüşüb və onlardan məsələyə münasibət öyrənib. Məlum olub ki, Şamaxı rayonunun idarə və müəssisələrindən stent adı altında pul yığılması məlumatları tamamilə böhtandır və hec bir əsası yoxdur. Şamaxı ziyalılarının və ağsaqqallarının kəskin hiddətinə səbəb olan belə məlumatlar rayonda aparılan genişmiqyaslı quruculuq işlərinə kölgə salmaq məqsədi daşımaqla kimlərinsə subyektiv maraqlarına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə