Avtomobili idarə edən azyaşlı və nəqliyyat vasitəsinin sahibi ayrıca cərimələnə bilərmi? - HÜQUQŞÜNAS AÇIQLADI
Azyaşlıların avtomobil idarə etməsi son vaxtlar sosial şəbəkələrdə də tez-tez müzakirə olunan məsələlərdəndir. Xüsusilə sürücülük vəsiqəsi olmayan uşaqların valideynlərinə məxsus avtomobilləri idarə etməsi həm onların, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Bəs belə hallarda qanunvericilik hansı məsuliyyəti nəzərdə tutur? Avtomobili idarə edən azyaşlı və nəqliyyat vasitəsinin sahibi ayrıca cərimələnə bilərmi?
Məsələ ilə bağlı hüquqşünas Tağı Hüseynov SİA-ya açıqlamasında bildirib ki, sürücülük hüququ olmayan şəxsin avtomobil idarə etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur:
“Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə etməsinə görə 200 manat məbləğində cərimə tətbiq edilir. Eyni zamanda, avtomobil sahibi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə veribsə, onun üçün də ayrıca məsuliyyət yaranır və fiziki şəxs 60 manat məbləğində cərimə oluna bilər.
Bununla yanaşı, azyaşlının inzibati məsuliyyətə cəlb edilib-edilməməsində onun yaşı da əhəmiyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta törədərkən 16 yaşı tamam olmuş şəxslər inzibati məsuliyyətə cəlb oluna bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB