"Uşağın məktəb rejiminə adaptasiyası tədricən aparılmalıdır" - PSİXOLOQ

"Uşağın məktəb rejiminə adaptasiyası tədricən aparılmalıdır" - PSİXOLOQ

"Yay tətilindən sonra uşaqlar artıq azadlıq, gəzintilər, dəniz, istirahət, telefon və bu kimi məşğuliyyətlərlə çox məşğul olduqlarına görə onları dərsə oxumağa adaptasiya etmək elə də asan olmur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, buna görə də elə məktəbdə ilk həftə ağır dərslər verilmir, yavaş-yavaş adaptasiya olmaları üçün bu şərait yaradılır: "Valideynlər də adaptasiya prosesini daha sürətli etmək üçün, əlbəttə ki, artıq yay tətilinin sonuna 10 gün qalmış yavaş-yavaş onları telefondan, planşetdən, PlayStation-dan və dediyimiz o əyləncə növlərindən yavaş-yavaş uzaqlaşdırmağı bacarmalıdırlar.

Əlbəttə ki, bu o demək deyil ki, məktəb başladı və uşaqlar artıq heç vaxt istirahət edə bilməzlər. İstirahət edəcəklər, amma hər şey vaxtına uyğun olaraq və zamanına uyğun olaraq olacaq. Məsələn, 5 gün dərs oxuyurlar, şənbə və bazar günləri artıq istirahət edirlər və yaxud da həftə sonları istirahət edirlərsə, həftə boyu nələrlə məşğul olacaqlarının əvvəlcədən qrafikini qururlar və bu qrafik də razılaşma əsasında olur. Valideynlər və övladlar arasındakı razılaşma əsasında həyata keçirilir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə