"Münasibətlərdə əsas məsələlərdən biri xarakter və davranış tərzidir. Münasibət qurulduqdan sonra onu canlı və maraqlı saxlamaq üçün tərəflər daim bir-birinə diqqət göstərməlidirlər".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, əgər münasibət hər gün eyni formada davam edərsə və yenilik olmazsa, zamanla monotonluq yarana bilər: "Bu gün bir çox münasibətlərdə rast gəlinən problemlərdən biri də tərəflərin bir-birinə həddindən artıq alışmasıdır. Xüsusilə “artıq mənimdir” düşüncəsi münasibətdə rahatlıq yaradır və bu rahatlıq bəzən diqqətin, incəliyin və romantikanın azalmasına səbəb olur. İnsanlar artıq sözlərini seçərək danışmır, bir-birlərinə əvvəlki həssaslıqla yanaşmırlar. Nəticədə münasibətdə müəyyən məsafə və sirr hissi azalır.
Halbuki münasibətin sağlam qalması üçün tərəflər bir-birinə qarşı marağı və diqqəti qorumağa çalışmalıdırlar. Alışqanlıq artdıqca insanlar qarşı tərəfi tam tanıdıqlarını düşünür, onun reaksiyalarını və gözləntilərini əvvəlcədən bildiklərini hesab edirlər. Bu isə münasibətdəki həyəcanı müəyyən qədər azalda bilir.
Buna görə də münasibətlərin canlı qalması üçün tərəflərin bir-birinə zaman ayırması, birlikdə yeni emosiyalar yaşaması və münasibətə yenilik qatması vacibdir. Kiçik diqqət, gözlənilməz jestlər və qarşılıqlı qayğı münasibətləri daha möhkəm və maraqlı edir.
Münasibətlərin uzunömürlü olması üçün sevgi ilə yanaşı diqqət, yenilik və qarşılıqlı hörmət də qorunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB