Bu il 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və ailə qayğısı ilə əhatə olunması istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bu ilin ilk rübündə də həssas kateqoriyadan olan ailələrə səfərlər edilib və ilkin qiymətləndirmə aparılaraq müvafiq dəstək tədbirləri göstərilib.

Görülən qabaqlayıcı sosial dəstək tədbirləri nəticəsində 74 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 30-u oğlan, 44-ü qızdır.

Eyni zamanda, həmin dövrdə valideyn himayəsindən məhrum olmuş 28 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 13-ü oğlan, 15-i isə qızdır.

Bütün xəbərlər Facebook səhifəmizdə