Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir - AQTA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində Xaçmaz rayonunun Tel kəndində həyətyanı sahələrə baxış keçirilib, feromon tələlər asılıb.

Daha sonra kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb və zərərverici ilə mübarizə üsulları barədə çap materialları paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə