Reklam yoxsa əxlaqsızlıq? - SOSİOLOQ ŞƏRH ETDİ

""İnstaqram"da, "tiktok"da açıq bazardı, kameraya oynayan satıcıların sayı durmadan artır. Əksəriyyəti eyni cür görünürlər - eyni dişlər, eyni dodaqlar, eyni burun, eyni əməliyyatlı omba. Bir sözlə, bir-birinin eynisi, əksəriyyətinin də görünüşündən vulqarlıq yağan tiplər. Daha doğrusu, işə yeni başlayanda normal görünüşdə olurlar, spesifik, adi görünüşləri olur, bir neçə aydan sonra başlayırlar öz bədənlərində təmir, yenidənqurma işləri aparmağa". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, mağaza sahibinin tələbidir böyük ehtimalla - kamera qarşısına daha çox müştəri yığa bilmək üçün qabarıq bədən xətləri olmalıdır: "Bəzi məlumatlara görə onların əməliyyat xərclərini də məhz reklamını etdikləri mağazaların rəhbəri ödəyir. Bir növ, öz mağazasının gəlirini artırmaq üçün kapital qoyur qızlara.

O əməliyyatlı qızlar qoyurlar bayağı bir toy mahnısını, atılıb-düşürlər kamera önündə. Bir az oynadıqdan, yəni bədənini nümayiş etdirib tamaşaçı cəlb etdikdən sonra növbə paltarın təqdim etmə mərasiminə çatır. Ürəkbulandırıcı mənzərədir. Bunun gəlirlə, qazancla, çarəsizliklə, ehtiyacla əlaqəsi yoxdur. Bu əxlaq məsələsidir, ruh, mənəviyyat məsələsidir. Əynindəki geyimin özəlliklərini sadalayarkən bədəninə erotik tumar çəkən, məhrəm yerlərini dönə-dönə kameraya göstərən, intim siqnallar verən adamın mənəviyyatı təmiz ola bilməz".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə