Artıq Novruz bayramının sonuna yaxınlaşırıq. Dənizkənarı milli parkda olan bu yarmarkada insanlar fəallıqları ilə müşahidə olunur. Bu yarmarkada müxtəlif Novruz təamları, fərqli əl işləri və suvenirlər satılır. Bəs hazırda yarmarkada qiymətlərin vəziyyəti necədir? Alıcılar qiymətlərdən razıdırmı?
Şəhər sakini Ziyadə Yusibova: “Biz hələ indi şəhərə çıxmışıq. Yarmarkanın qiymətlərindən məlumatımız yoxdur. Sizinlə bərabər indi qiymətlərin necə olmasına baxacıq. Bayramınızda mübarək!”.
Satıcı: “Yarmarkada alıcılıq qabiliyyəti normaldır, hər şey qaydasındadır. Qiymətlərə gəldikdə isə bir kartof çubuğu 4 manatdır. Yarmarkanın müddəti ayın 30-na qədər olmalıdır. Yəni martın 30-dan sonra yuarmarkalar bağlanacaq. Bundan əvvəlki günlər insanlar daha çox gəlirdi”.
Məktəbli Əhəddin Rüstəmov: “ Novruz bayramını əla qeyd edirəm. Bayram yarmarkasınıl çox sevirəm və olduqca xoşuma gəlir. Mən Novruza aid şeir bilirəm:
Novruz, novruz bahara, ay bahara,
Güllər, güllər nübarı, ay nübarı,
Baxçamızda gül olsun,
Gül olsun, bülbül olsun,
Yağ olmasın, bal olsun,
Evdəkilər sağ olsun.
Xanım dursun ayağa,
Kosaya pay versin ağa!”
Şəhər sakini Rəsul Yusubov: “Burada olan yarmarkaya ilk dəfədir gəlirəm. Biz keçən dəfə tarqovuda olan yarmarkaya baş çəkmişdik. Yarmarkada olan qiymətlər normaldır, həmişəki kimi olan standart qiymətlərdir. Burada hazırlanan əl işləri əsl Novruz abu-havasını almağa təsir edir. Eyni zamanda turistləri cəlb edir. Bununla biz təbii ki, adət-ənənlərimizi nümayiş edirik. Ona görə də bu yarmarkada olan hər şey çox yaxşı təsir edir”.
Şəhər sakini Günay Arzumanova: “ Hələki Novruz yarmarkalarına baş çəkməmişik, birinci dəfədir ki, gəlirik. Yəni bundan əvvəl təbii ki, bayram yarmarkalarında iştirak etmişik, amma Dənizkənarı milli parkda olan yarmarkaya birinci dəfədir ki, gəlirik. Novruz bayramını çox yaxşı qeyd edirik. Adət-ənənələrdən heç bir şey unudulmayıb. Hətta Novruz adət-ənənələrini uşaqlarada xatırladırıq. Gəzməyə çıxmağımızın səbəbi uşaqlara Novruz adət-ənənələrini aşılamaqdır”.
Bayram əhval-ruhiyyəsi olduqca yaxşı hiss olunur. İnsanlar adət-ənənələri yaşatmağı, onları uşaqlarına aşılamağı görmək çox gözəldir. Həmçinin bu abu-hava İçərişəhərdə də xeyli hiss olunurdu. Əcnəbi turistlərin baş çəkdiyi yerlərdən biri olan İçərişəhər Novruzun adət-ənənələrini hər kəsə ötürür.
Bütün xəbərlər Facebook səhifəmizdə