Novruz bayramında əfv sərəncamı olacaq? - FOND RƏHBƏRİ DANIŞDI

“Ümumi Əfv barəsində iclaslar davam edir, lakin yaxın zamanlarda belə bir sərəncamın imzalanmasına ehtimal vermirəm. Lakin buna baxmayaraq hələki iclaslarımız davam edir”. Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Novruz bayramında gözlənilən növbəti əfv Sərəncamına münasibət bildirərkən deyib.

Fond rəhbərinin sözünə görə, yəqin ki may ayına bu barədə sərəncam gözlənilə bilər: "Əfv barəsində sərəncam imzalansa belə kimlərə şamil olunacağına sadəcə Prezident qərar verə bilər. Bu barədə son qəti qərar cənab Prezidentindir”.

Ə.Nuriyev deyib ki, Azərbaycanın hər bir milli bayramında, əlamətdar günlərdə dövlət başçısı tərəfindən əfv Sərəncamı imzalanır: "Ümumiyyətlə bu, Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Əfv komissiyası və onun katibliyi hər gün, hər zaman və hər həftə işləyir. Onlar müraciətləri çeşidləyir və eyni zamanda müraciətlərlə bağlı bütün zəruri olan məlumatları toplayaraq əfv komissiyasına təqdim edir. Komissiya isə həmin müraciətə baxaraq, bu və ya digər şəxsin barəsində qərar qəbul edirlər. Bundan sonra həmin sənəd dövlət başçısına təqdim olunur və Prezident də təqdimatda olan şəxslərlə bağlı öz yekun qərarını qəbul edir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə