Əsl şokoladı tapmağın ən asan yolu BƏLLİ OLDU - MÜTƏXƏSSİS AÇIQLADI

"Əsl şokolad kakao yağından hazırlanır. Bitki yağı istifadə olunan şokoladlar orijinal hesab olunmur. Təmiz şokoladın dadı ağızda 45 dəqiqə qalır. Təbii ki, şokoladın əsl aromasını və dadını hiss etmək istəyirsizsə, burnunuzu əlinizlə sıxın, ağzınıza bir şokolad parçası atın və dilinizdə buraxdığı ləzzətləri ayırmağa çalışın". Bu sözü SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, şokolad ağzınızda əriyəndən sonra əli buruna götürmək, ağızdan dərin bir nəfəs almaq və burundan buraxmaq lazımdır: "Beləliklə, burnunuzda şokaladın qoxusunu və fərqli aromalarını daha da çox hiss edəcəksiniz və bu günə qədər almadığınız fərqli şokolad ləzzətini tapacaqsınız. Yaxşı şokoladı yeyərkən ağızda yağ dadı hiss olunmamalıdır. Əgər yağ dadı hiss edirsinizsə, bu o deməkdir ki, kakao yağı ilə yanaşı bitki yağı da (palma) istifadə olunub. Keyfiyyətli bir şokolad, kakao yağı ilə hazırlanır. Kakao yağı bədən istiliyində 36.5 əriyən yağdır”.

"Şokoladları marketlərdə nəmişlik şəraitində saxlayırlar. Bu zaman şokoladın üstü kiflənməyə başlayır ki, onlardan uzaq durmaq lazımdır. Çünki belə şokoladları istehlak etdikdə qida zəhərlənmələri qaçınılmaz olur. Düzgün şərtlər altında saxlanmış şokoladlara üstünlük verilməlidir",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə