Saxta tavalardan canımızı necə qurtarmalı? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

"Bəzən doğru bildiyimiz yalnışlar da sağlamlığımıza zərərli ola bilər ki, bu yalnışlardan biri də çoxlarının evində olan "Tefal" tava və qazanlardır". Bu sözləri SİA-ya açıqlamasında qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, "Tefal" qripi, "Tefal" tavaların və qazanların həddindən artıq istiləşməsi nəticəsində yaranan dumanlardan əmələ gələn bir qrip növüdür: ""Tefal" qripi, isti tefaldan çıxan dumana məruz qaldıqdan 4-8 saat sonra meydana gələn qəfil titrəyiş, yüksək qızdırma, öskürək və baş və döş qəfəsi ağrısı ilə özünü büruzə verir. Belə tavaların səthi "polytetrafluoroethylene" adlanan sintetik örtük ilə örtülüb. Bu maddə 1940-cı ildən ticarət məqsədilə istifadə edilir. "Tefal" tavaların istehsalında istifadə olunan kimyəvi maddələr, bu tavaların səthi cızıldıqda yeməklə birbaşa orqanizmə daxil olur".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, diqqət çəkən məqamlarından biri də "Tefal"ın tərkibindəki bəzi kimyəvi maddələrin qalxanabənzər vəzin fəaliyyətinə mənfi təsir göstərməsi ilə bağlı, çox sayda dəlillərin olmasıdır: "Çünki "Tefal"ın içindəki kimyəvi maddə, qalxanabənzər vəz xəstəliyi olanlarda daha çox müəyyən edilib. Həmçinin "Tefal" tava istifadə edənlərin ev quşlarını mətbəxdən uzaq tutmaları məsləhətdir. Çünki tefal dumanına məruz qalan tutuquşu və bir çox ev quşlarının ağciyərləri şişir, qanla dolur və həmin an tələf olurlar.

Yaxşı tavanı ağırlığından hiss etmək olur. Məsələn, insan tökmə və ya polad tavanı əlinə aldıqda ağırlığı hiss edir. Doğrudur, qiyməti yüksək olur amma sağlam tavalardır. Yüngül tavalardan uzaq durmaq lazımdır. Sağlamlığımız üçün, paslanmayan polad, çuqun, istiliyədavamlı şüşə tava və ya keramik tavalardan istifadə etməliyik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə